07 
Fev
2023
11:03
244

Zəlzələ nəticəsində itkin düşmüş Gürcüstan vətəndaşlarının hamısı tapılıb

Türkiyədə zəlzələ nəticəsində itkin düşmüş hesab edilən Gürcüstan vətəndaşlarının hamısı tapılıb.

InterPRess.ge xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri Qiorqi Cancqava məlumat verib.

Onun sözlərinə görə, güclü zəlzələ nəticəsində iki Gürcüstan vətəndaşı həlak olub.

Qiorqi Cancqava təbii fəlakət zonasında olan Gürcüstan vətəndaşlarını Gürcüstanın diplomatik nümayəndəliyi ilə əlaqə saxlamağa və onların yeri və vəziyyəti barədə məlumat verməyə çağırır.

“Biz imkan daxilində vətəndaşlarımızla əlaqə saxlayırıq. Haqqında məlumatımız olan bütün itkin adamları tapdıq. Onların arasında biz futbolçularımızın izinə düşdük. Həmin zonaya daxil olmaq çox çətindir, ona görə də mən hamını səsimizi, harada olduqlarını, necə olduqlarını bizə çatdırmağa çağırıram”, - Qiorqi Cancqava bildirib.

Məlumat üçün bildirək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində azı 2921 nəfər ölüb, 15834 nəfər xəsarət alıb. Dünən səhər saatlarında Türkiyənin Qaziantep şəhərində 7,8 bal gücündə zəlzələ, bir neçə saat sonra isə daha bir güclü 7,5 bal gücündə zəlzələ baş verib. Xilasetmə əməliyyatları gecə boyu davam etdi və hələ də davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər