10 
Iyl
2020
15:58
736

Milli imtahanlarda iştirak edən abituriyentdə koronavirus aşkar edilib

Milli imtahanlarda iştirak edən abituriyentdə koronavirus aşkar edilib.

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze və qiymətləndirmə və milli imtahanlar mərkəzinin rəhbəri Sopo Qorqodzenin keçirdiyi brifinqdə bildirilib.

Amiran Qamğrelidzenin açıqlamasına görə, koronavirus daşıyıcısı abituriyentin covid 19-a yoluxma mənbəyi böyük ehtimal onun ailə üzvüdür.

"Abituriyentlərə ünsiyyətdə olan 27 nəfərdə tibbi tədqiqatlar aparılıb və onlardan götürülən bioloji nümunələrin cavablarının hamısı mənfidir.

Bununla bərabər virus daşıyıcısı abituriyentlə ünsiyyətdə olan digər 9 nəfər abituriyent də hal hazırda müşahidə altında tutulur, onlar karantindədirlər və hər imtahan qabağı onlara PCR test keçirilir", - deyə Qamkrelidze bildirib.

Bizimlə əlaqə saxlayın