Fevralın 6-dan Şərqi Gürcüstanda, fevralın 7-dən isə Qərbi Gürcüstanda ayın 8-i səhər saatlarınadək yağış, dağlıq və yüksək dağlıq ərazilərdə güclü qar, duman və çovğun, dənizdə 3-4 bal gücündə fırtına, magistral yolların buz bağlaması gözlənilir, dağlıq rayonlarda uçqun təhlükəsi olacaq.
InterPress.ge xəbər verir ki, güclü qar yağması, görüntünün zəifləməsi, çovğun, buz və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər.
