06 
Fev
2023
10:54
230

Güclü qar səbəbi ilə bu yollarda nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri - Kobi hissəsində uçqun təhlükəsi səviyyəsi yüksəkdir, bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
InterPress.ge xəbər verir ki, bu məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.

Məlumata görə, yolun qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.

Həmçinin, güclü qar və havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar daxili əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun km 1-km52 (Qomi-Saçxere) hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.
 

Bizimlə əlaqə saxlayın