Gürcüstanda hal- hazırda günlük 500-dək covid-19-a yoluxma halı var
Hal hazırda Gürcüstanda yeni COVID-19 hallarının gündə 500-ə qədər artımı müşahidə olunur. Pandemiyanın tam aradan qaldırılması barədə danışmaq hələ tezdir.
InterPress.ge xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər xəstəxanasının direktoru Tengiz Çerçvadze sosial şəbəkədə yazır.
Çerçvadzenin sözlərinə görə, "Omicron" və onun subvariantları dünyada ən çox yayılmış ştamm olaraq qalır.
Çerçvadzenin qeyd etdiyinə görə, bəzi ölkələrdə COVID-in yeni ştammı - "Ortrus" aşkarlanıb, baxmayaraq ki,Gürcüstanda hələlik bu ştamma yoluxma halı qeydə alınmayıb.
Çerçvadze həmçinin tövsiyələr verir və bildirir ki, koronavirusa yoluxma hallarının artması tendensiyası daha çox sayıqlıq və qabaqlayıcı tədbirlərin gücləndirilməsini tələb edir. O, əhalini tənəffüs yoluxucu infeksiyaların ilk əlamətlərində COVID üçün testdən keçməyə çağırır.


