03 
Fev
2023
15:46
350

InterPress.ge-nin həyata keçirdiyi jurnalistika kursunun iştirakçıları sertifikatla təltif olunublar - FOTO

InterPress.ge Xəbər Portalının həyata keçirdiyi 2 aylıq  “Vətəndaş jurnalistləri rəngarənglik üçün” layihəsi başa çatıb. 

Layihə iştirakçıları 3 fevral tarixində sertifikatla təltif olunublar. Tədbir çərçivəsində çıxış edən InterPress.ge xəbər portalının rəhbəri Nahid Qurbanov layihə iştirakçılarına uğurlar arzulayıb və gənclərin vətəndaş jurnalistikasında aktif iştirakının vacibliyini vurğulayaraq, sözügedən layihənin əhəmiyyətindən danışıb.

2 ay davam edən layihə çərçivəsində Marneuli və Bolnisidən 14-29 yaş arası gənclərin iştirakı ilə müxtəlif sahədə seminar-görüşlər keçirilib.

Qeyd edək ki, layihənin məqsədi Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlı gənclərin Avropa İttifaqı və NATO haqqında məlumatlılığının artmasına və vətəndaş jurnalistlərinin formalaşmasında öz töhfəsini verməkdir. 

Məlumat üçün onu da  bildirək ki, layihə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Gürcüstanın regionlarında Qərb inteqrasiyası haqqında məlumatlılığın artırılması və cəlb edilməsi” layihəsi çərçivəsində NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzi və ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən həyata keçirilib.

Bizimlə əlaqə saxlayın