
Yanvar ayında ucuzlaşan məhsullar
2023-cü ilin yanvar ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,8%, illik inflyasiyanın səviyyəsi isə 9,4% təşkil edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Baza inflyasiyasına gəlincə, “Sakstat”ın məlumatına görə, 2023-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyd olunan göstərici 7,7% təşkil edib.
2023-cü ilin əvvəlində ümumilikdə 9 məhsul ucuzlaşıb:
Kələm - 53,7%
Gavalı - 29,9%
Badımcan - 15,4%
Sarımsaq - 14,8%
Günəbaxan yağı - 8,6%
Kivi - 6,4%
Üzüm - 6,4%
Qoz - 2,9%
Qarabaşaq yarması - 1,8%
Məlumat üçün bildirək ki, ötən ilin yanvar ayında siyahıdakı demək olar ki, bütün məhsullar ən bahalılar siyahısında olub. Xüsusilə: kələm – 217,7 faiz, gavalı – 55,8 faiz, badımcan – 36,4 faiz, qarabaşaq yarması – 28,4 faiz, günəbaxan yağı – 20,6 faiz baha olub.