03 
Fev
2023
12:58
531

Hüquq-mühafizə orqanları bir polisi və iki vətəndaşı yaraladığına görə axtarışda olan şəxsi saxladı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Tbilisi Polis Departamentinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində peşə fəaliyyətini həyata keçirərkən polis əməkdaşına xəsarət yetirmək, ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhd və qəsdən sağlamlığa az ağır xəsarət yetirmək ittihamı ilə axtarışda olan 2003-cü il təvəllüdlü D.D.-ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.

İstintaq müəyyən edib ki, bu il yanvarın 8-də Tbilisinin Kote Abxazi küçəsində, gecə klublarından birinin yaxınlığında təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində iki nəfərə soyuq silahla müxtəlif dərəcəli xəsarətlər yetirib. D.D. eyni zamanda qeyd olunan ərazidə xidmət aparan və hadisə yerinə gələn Daxili İşlər Nazirliyinin əməkdaşı - 1985-ci il təvəllüdlü Z.Q.-ni də yaralayıb. Təqsirləndirilən şəxs gizlənə bilib. Təcili tibbi yardım əməkdaşları hər üç yaralını xəstəxanaya çatdırıb, onlara lazımi köməklik göstərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tezliklə cinayəti törətməkdə təqsirləndirilən şəxsin kimliyini müəyyən ediblər və onun barəsində axtarış elan edilib. Keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində polis D.D.-ni Tbilisidə saxlayıb.

Peşə fəaliyyətini həyata keçirərkən polis əməkdaşına xəsarət yetirmək, ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhd və qəsdən sağlamlığa az ağır xəsarət yetirmək faktları üzrə Cinayət Məcəlləsinin 19-109, 118 və 353-cü maddələri ilə istintaq aparılır.

Cinayətlərə görə 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər