03 
Fev
2023
11:00
284

Baş nazir: "Avropa Komissiyasının hesabatı göstərir ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusu almağa layiqdir"

"Avropa Komissiyasının hesabatı göstərir ki, Gürcüstan birinci islahatçı kimi Avropa İttifaqına namizəd ölkə statusu almağa layiqdir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazıb.

Hökumət başçısının sözlərinə görə, Avropa Komissiyasının hesabatında Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyiş aydın şəkildə əksini tapıb.

“Avropa Komissiyası Gürcüstanın milli hüquqi bazasının Avropa İttifaqının qanunvericiliyinə uyğunluğu ilə bağlı analitik hesabat dərc edib.

Sənəd ölkəmizin Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişi aydın şəkildə əks etdirir və bir daha aydın şəkildə göstərir ki, Gürcüstan birinci islahatçı kimi Avropa İttifaqına namizəd ölkə statusuna layiqdir”, - İrakli Ğaribaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər