03 
Fev
2023
10:54
661

Avtomobillərlə bağlı yeni qaydalar tətbiq olunacaq

Hökumət tərəfindən hazırlanmış Gürcüstanın 2030-cu ilə qədər iqlim dəyişikliyi strategiyasında bildirilir ki, 2030-cu ilə qədər nəqliyyat sektorunda zərərli qazların miqdarı 15% azalmalıdır. 

InterPress.ge xəbər verir ki, 2030-cu ilə qədər ölkədə qeydiyyatda olan avtomobillər arasında elektromobillərin payı 5%-ə, hibrid avtomobillərin payı isə 20%-ə çatdırılmalıdır.

Sənəddə o da qeyd olunub ki, texniki cəhətdən sağlam avtomobillərin payı artırılmalıdır. Strategiya texniki baxışdan yan keçmə və birdəfəlik manipulyasiyalar meylini azaltmaq məqsədilə nəqliyyat vasitələrinin texniki baxışına dair normativ aktlara və inzibati xətalar məcəlləsinə dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutur. Strategiya həmçinin az və sıfır emissiyalı avtomobillərin, elektromobillərin istifadəsinin təşviq edilməsini, eyni zamanda, benzin və dizellə işləyən avtomobillərin aktivliyinin azaldılmasını və köhnə, ekoloji cəhətdən səmərəli olmayan avtomobillərin idxalının azaldılmasını nəzərdə tutur. Elektrikli avtomobillərin istifadəsini təşviq etmək üçün dövlət xərc-fayda təhlili əsasında əlavə optimal vergi güzəştləri müəyyən edəcək, Tbilisidə elektriklə işləyən avtomobillər üçün infrastrukturu təkmilləşdirəcək, iqtisadi məqsədəuyğunluq əsasında köhnə yüngül avtomobillər üçün idxal vergisinin artırılması imkanlarını nəzərdən keçirəcək və idxal edilən avtomobillərdə xərc-effektivlik təhlili əsasında emissiya standartını tətbiq edəcək (mühərrik EUR4 / EUR5). Ən az səmərəli avtomobillərin avtomobil bazarından yığışdırılması və parkın yenilənməsi təkcə onun orta səmərəliliyini deyil, ümumilikdə havanın keyfiyyətini də artıracaq. Elektrikli nəqliyyat vasitələrinin gətirilmə sürətinin artırılması (eləcə də elektriklə işləyən avtomobillərin infrastrukturunun təkmilləşdirilməsi) və mövcud parkın mərhələli şəkildə dəyişdirilməsi təmin ediləcək. Avtomobil fəallığının azalması ilə yanaşı, sürücülərin müəyyən hissəsi əsas nəqliyyat vasitəsi kimi ictimai nəqliyyatdan istifadəyə keçəcək.

Bizimlə əlaqə saxlayın