Bolnisi bələdiyyəsinin Faxralı kənd sakini Namazov Səid Qismət oğlu üçün qan aksiyası baş tutacaq.
InterPress.ge xəbər verir ki, "Qan bağışla həyat qurtar" adlı qan aksiyası Yuxarı Saral kəndinin məktəbində keçiriləcək.
Səid Namazov Qismət oğlu Beta Talassemiya xəstəliyindən əziyyət çəkir. Ona təcili əməliyyat lazımdır. Əməliyyat üçün isə tələb olunan məbləğin 5000 dolları çatmır.
Qeyd edək ki, qan aksiyası saat 10:00-dan 19:00-dək davam edəcək.
