"NDI-nin araşdırmasına görə, Gürcüstan əhalisinin 20%-i işsizdir.
InterPress.ge xəbər verir ki, bu barədə
“Tərəqqi və Azadlıq” partiyasının lideri Kaxa Okriaşvili bildirib.
"Ümumi işçilərin təxminən 30%-nin aylıq gəliri 500 lariyə qədərdir ki, bu da layiqli maaş sayıla bilməz. Bu insanlar əslində pulsuz işləyirlər.
Bu sadə riyaziyyatdır, əhalinin yarısı işsizdir - bu həqiqətdir!
Problem tamamilə üzə çıxmalıdır və siz onu daha yaxşı həll edə bilmək üçün bütün dərinliyi görməlisiniz!”,- Kaxa Okriaşvili deyir.
