Hökumətin, baş nazirin, prezidentin və parlamentin fəaliyyətinin yüksək qiymətləndirilməsi artıb
NDI-nin sorğusuna əsasən, hökumətin fəaliyyətinin müsbət qiymətləndirilməsi on faiz artıb.
InterPress.ge xəbər verir ki, "hazırkı hakimiyyətin işini necə qiymətləndirərdiniz?" sualı üzrə sorğu keçirilib.
Cavablar aşağıdakı kimi bölünüb:
Yaxşı - 51%
Pis -39%
Bilmirəm - 8%
Cavab verməkdən imtina -2%
Eyni araşdırmaya görə, prezident, baş nazir və parlamentin fəaliyyətini mənfi qiymətləndirmələr 8-10 faiz azalıb. Aşağıdakı institutların fəaliyyətini necə qiymətləndirərdiniz sualına cavablar belə paylanıb:
Prezident
Yaxşı - 14%
Orta - 45%
Pis - 32%
Bilmirəm - 8%
Baş nazir:
Yaxşı - 31%
Orta - 36%
Pis - 27%
Bilmirəm - 5%
Parlament
Yaxşı - 12%
Orta - 50%
Pis - 31%
Bilmirəm - 6%
Sorğunun nəticələrinə görə, baş nazirin fəaliyyətinin qiymətləndirilməsi Tbilisidə və müxalifət tərəfdarları arasında nisbətən aşağıdır;
Müxalifət tərəfdarları arasında prezidentin fəaliyyətinin mənfi qiymətləndirilməsi nisbətən aşağıdır;
Parlament isə ən çox Tbilisidə və böyük şəhərlərdə, eləcə də müxalifət tərəfdarları arasında tənqidi qiymətləndirilir.
NDI ictimai rəy sorğusunun yeni nəticələrini açıqlayıb. Sözügedən hesabat 2022-ci il dekabrın 3-dən dekabrın 20-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında ölkə üzrə keçirilən üzbəüz sorğunun nəticələrinə əsaslanır. Tədqiqat iqtisadiyyat, yoxsulluğun qavranılması, institutlar, xarici siyasət kimi məsələləri əhatə edir.


