02 
Fev
2023
12:27
363

Gürcüstanda hər 5 vətəndaşdan biri işsizdir - ARAŞDIRMA

Statistikaya əsasən vətəndaşların əksəriyyəti Gürcüstanın iqtisadi vəziyyətini pis qiymətləndirir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutunun (NDI) yeni araşdırması əsasında məlumat verilib.

Suala cavab olaraq əhalinin 48% vəziyyəti pis qiymətləndirdiyini, 2% bilmədiyini, 44% orta, 6% isə yaxşı kimi qiymətləndirib.


 


NDI-nin fikrincə, iqtisadiyyatın əsas problemləri işsizlik, qiymət artımı və aşağı maaşlardır. Həmçinin respondentlərin əksəriyyəti, 51%-i hökumətin iqtisadi problemləri həll edə biləcəyinə şübhə edir.

Araşdırmalar nəticəsində məlum olub ki, hər 5 vətəndaşdan biri işsizdir. 

İşsizlərin əksəriyyəti ya ümumiyyətlə iş tapa bilmədiklərini, ya da uyğun maaşlı iş tapa bilmədiklərini deyir.

 

Qeyd edək ki, tədqiqat dekabrın 3-dən dekabrın 20-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında ölkə miqyasında aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır. Sorğuda orta səhv həddi +/- 1,6 faizdir.

Bizimlə əlaqə saxlayın