02 
Fev
2023
12:25
254

Gürcüstanın hər beş vətəndaşından biri mühacirət etməyi düşünür - NDI

Gürcüstanın hər beş vətəndaşından biri mühacirət etməyi düşünür.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutu məlumat verib.

"Yaxın 12 ayda xaricə işləmək üçün getməyiniz nə dərəcədə gözlənilir və ya gözlənilmir?" sualına respondentlərin 20%-i bunun gözlənilən olduğunu, 76%-i gözlənilmədiyini, qalan 4%-i isə bilmədiyini bildirib.

Eyni sorğuya əsasən, Tbilisi, böyük şəhərlər və azlıqların yaşadığı qəsəbələrin sakinlərinin dörddə biri, eləcə də gənclərin üçdə biri mühacirət etmək istəyir.

"Yaxın 12 ayda xaricə işləmək üçün getməyiniz nə dərəcədə gözlənilir və ya gözlənilmir?" [Məskunlaşma, yaş, cins və partiya dəstəyi üzrə] sualına respodentlərin  20%-i mühacirətin gözlənildiyini, 76%-i gözlənilmədiyini, 4% isə bilmədiyini söyləyib.

NDI-nin məlumatına görə, kişilər ölkəni tərk etməyi qadınlardan daha çox düşünür. “Gürcü Arzusu” tərəfdarları ilə müqayisədə bir qədər çox müxalifət tərəfdarı ölkəni tərk etmək barədə düşündüklərini deyib.

Tədqiqat dekabrın 3-dən dekabrın 20-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında ölkə miqyasında aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır. Sorğuda orta səhv nisbəti +/- 1,6 faizdir.

Bizimlə əlaqə saxlayın