NDI - Gürcüstan əhalisinin əksəriyyəti düşünür ki, ölkə düzgün istiqamətdə inkişaf edir
Milli Demokratiya İnstitutunun (NDI) yeni araşdırmasına görə, Gürcüstanda yaşayan insanların əksəriyyəti üçün ölkə düzgün istiqamətdə inkişaf edir.
InterPress.ge xəbər verir ki, bu barədə NDI məlumat verib.
Məlumata görə, əvvəlki sorğu ilə müqayisədə ölkənin düzgün istiqamətdə inkişaf etdiyini düşünənlərin sayı 14% artıb. Tbilisi sakinləri və müxalifət tərəfdarları hələ də ölkənin istiqamətinə çox tənqidi yanaşırlar.
Ümumilikdə Gürcüstanın hansı istiqamətdə inkişaf etdiyi sualına cavab verən respondentlərin 37%-i deyib ki, düzgün inkişaf edir, 26%-i dəyişmədiyini, 31%-i isə düzgün inkişaf etmədiyini bildirib.
NDI bildirir ki, ölkənin istiqamətinin müsbət qiymətləndirilməsi “Gürcü Arzusu” tərəfdarları arasında çox artıb.
Sorğunun nəticələrinə görə, əhalinin əksəriyyəti Gürcüstanda özünü təhlükəsiz hiss edir.
Tədqiqat dekabrın 3-dən dekabrın 20-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında ölkə miqyasında aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır. Sorğuda orta səhv nisbəti +/- 1,6 faizdir.


