01 
Fev
2023
23:40
322

Gürcüstan prezidenti: "Gürcüstan məsələsi masa üzərində olmalıdır"

Gürcüstan Ukrayna ilə sülh sazişinə uyğun olaraq Rusiyanın öz torpaqlarını tərk etməsini istəyir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Bloomberg agentliyinə müsahibəsində bildirib.

Zurabişvilinin fikrincə, Ukraynada müharibəyə son qoymaq üçün bağlanacaq sülh sazişi çərçivəsində Rusiya Gürcüstanın da 15 ilə yaxındır ki, işğalından əl çəkməlidir.

“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir. Gürcüstan məsələsi masa üzərində olmalıdır ki, heç kim Rusiyanın işğal etdiyi bütün ərazilərdən çıxmadan bu müharibəni həll edə biləcəyini düşünməsin. Rusiya bütün müharibəni olmasa da, demək olar ki, döyüşləri uduzub.

Eyni zamanda, Gürcüstan prezidenti hesab edir ki, kapitulyasiya çərçivəsində Rusiyanın tamamilə geri çəkilməsini tələb etmədən “Qərb dünyası daha bir böyük səhvə yol verəcək – 2008 və 2014-cü illərdə etdiyi kimi”.

Bizimlə əlaqə saxlayın