01 
Fev
2023
14:53
259

Qomismta qəsəbəsində 7 nəfərin qanunsuz yolla əldə etdiyi torpaq sahələri müsadirə edilib

Prokurorluq 7 nəfəri dələduzluqda, saxta rəsmi sənəd hazırlamaqda və istifadədə ittiham edib. 

InterPress.ge xəbər verir ki, məlumata görə, söhbət Qomismta qəsəbəsində dövlət mülkiyyətində olan torpaqların fırıldaq yolu ilə alınmasından gedir.

“Prokurorluqda aparılan araşdırma zamanı müəyyən edilib ki, 2021-ci ildə torpaq sahələrinə hüquqların sistemli qeydiyyatı çərçivəsində təqsirləndirilən şəxslər Dövlət Reyestrinin Milli Agentliyinə 2007-ci ilə qədər  Qomismta qəsəbəsində özbaşına torpaq sahələrinə  mülkiyyətdə olduqlarını bildirərək saxta sənədlər təqdim ediblər.
Bunun əsasında təqsirləndirilən şəxslər dələduzluq yolu ilə 1405 kv.m. torpaq sahəsinə dövlətə 301 530 lari ziyan vurub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (külli miqdarda dələduzluq törədildikdə) və 362-ci maddənin 2-ci hissəsinin “b” bəndi (külli miqdarda ziyan vurmaqla saxta sənəd hazırlama və ondan istifadə etmə) ilə ittiham irəli sürülüb. 

Yeddi müttəhimin hamısı istintaqla əməkdaşlıq edərək cinayəti etiraf ediblər. Məhkəmənin təqsirli hökmü ilə onlar dələduzluq yolu ilə əldə etdikləri torpaq sahələrindən məhrum edilərək dövlətə qaytarılıblar”, - deyə məlumatda bildirilir.

Agentliyin məlumatına görə, Gürcüstan Prokurorluğu analoji cinayətləri törədən şəxslərin müəyyən edilərək ifşa olunması üçün həm Qomismta qəsəbəsində, həm də Baxmaro qəsəbəsində istintaqı fəal şəkildə davam etdirir.

Onların verdiyi məlumata görə, Qomismta və Baxmaro qəsəbələrində dövlət mülkiyyətində olan torpaq sahələrini dələduzluq yolu ilə ələ keçirdiklərinə görə 58 nəfər barəsində cinayət işi başlanıb, 1 milyon 921 min 829 lari dəyərində daşınmaz əmlak dövlətə qaytarılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər