01 
Fev
2023
13:52
2753

Gürcüstan vətəndaşlarının Avropa ölkələrindən deportasiyası arta bilər

Avropa İttifaqı miqrantların qəbulu qaydalarını sərtləşdirir və deportasiyanı sadələşdirir. 

InterPress.ge xəbər verir ki, Miqrasiya Mərkəzinin rəhbəri Qiorqi Qoqişvili “Business Press News” a müsahibəsində qeyd edib ki, Gürcüstana münasibətdə əsaslı heç nə dəyişmir, çünki readmissiya sazişi kifayət qədər səmərəli işləyir.

Lakin hər il yenidən qəbul edilənlərin sayının artması və eyni zamanda sığınacaq verilən Gürcüstan vətəndaşlarının sayının azalması səbəbindən bu proses daha da məhdudlaşdırıla bilər, nəticədə daha çox insan deportasiya edilə bilər.

Bununla belə, Qiorqi Qoqişvili vurğulayıb ki, bu, təkcə Gürcüstan vətəndaşlarına deyil, bütün digər ölkələrin vətəndaşlarına da aiddir.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı sığınacaq və ya qanuniləşdirmə üçün müraciətləri rədd edilən miqrantları deportasiya etməyi planlaşdırır. Bu, üzv ölkələrin daxili işlər nazirlərinin miqrasiya siyasəti ilə bağlı keçirilən iclasından sonra məlum olub. Növbəti qeyri-rəsmi görüş fevralın 10-da Aİ-nin bütün 27 dövlət başçısının toplantısından əvvəl keçiriləcək və burada miqrasiya məsələsi də gündəmdə olacaq.

Bizimlə əlaqə saxlayın