12 
Fev
2020
13:30
736

Gürcüstan benzin idxalını 23% azaldıb

Bu ilin yanvar ayında Gürcüstanın yanacaq idxalı əvvəlki ilin analoji ayı ilə müqayisədə 4,7% və ya 3,7 min ton azalaraq 74,7 min ton təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında məlumat verilib.

Yanvarda Gürcüstanın benzin idxalı əvvəlki illə müqayisədə 23% (9,7 min ton) azalaraq 42 min ton təşkil edib. Dizel idxalı isə əvvəlki illə müqayisədə 18% (5,9 min ton) artıb. Hesabat dövründə A-91 markalı benzinin idxalı 29,8 min ton (ümumi idxalda payı 70,9%), A-95 Premium markalı benzinin idxalı 12 min ton (28,5%), A-98 Super markalı benizinin idxalı isə 0,2 min ton (0,5%) təşkil edib.

Ötən ay Gürcüstan Rusiyadan 23,2 min ton yanacaq idxal edib ki, bu da ümumi idxalın 31%-ni təşkil edib. Gürcüstanın yanacaq idxal etdiyi digər ölkələr isə Rumıniya (22,3 min ton və ya 29,8%), Türkmənistan (10,6 min ton və ya 14,1%), Bolqarıstan (8,5 min ton və ya 11,3%), Türkiyə (3,7 min ton və ya 4,9%) və Yunanıstan (3,6 min ton və ya 4,8%) olub.

Yanvar ayında Gürcüstanda yanacaq idxalının digər aylarla müqayisədə azalması Yeni il bayramı, həmçinin çətin hava şəraiti ilə əlaqədar minik vasitələrindən daha az istifadə edilməsi ilə əlaqələndirilir.

Bizimlə əlaqə saxlayın