Varketili metrosu 2 ay müddətinə bağlanacaq
Reabilitasiya ilə əlaqədar Varketili metrosu 2 ay müddətinə bağlı olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze məlumat verib.
“Varketili metrostansiyasının bərpasına başlayırıq. Burada, Tbilisinin əvvəlki hökuməti dövründə bəzi işlər görüldü, buna baxmayaraq, təəssüf doğuran nəticəni - tavanın uçmasını xatırlayırıq. O vaxtdan metrostansiyanı təmir etmək baş tutmayıb. Şirkətlərin məsuliyyət daşıması ilə bağlı çoxlu problemlər var idi. Bizə tənqidlər gəlir ki, bələdiyyə bu qədər illərdir stansiyanın bərpasına başlaya bilmir. Bərpa işlərini Avlabri stansiyasının reabilitasiya layihəsini həyata keçirən “Bada Construction” şirkəti həyata keçirəcək.
Müqaviləyə stansiyanın daxili infrastrukturunun tam bərpası daxildir. O cümlədən mövcud tavan söküləcək və müasir materiallarla yeni tavan quraşdırılacaq. Şirkət fevralın 9-da işə başlayacaq və bu iş bütün müəyyən edilmiş norma və standartlara uyğun aparılacaq. İşlərin ümumi müddəti 18 aydır və gələn ilin yayında başa çatdırılmalıdır”, - deyə Kaxa Kaladze bildirib.
Varketili metrosunun təmiri bələdiyyəyə təxminən 14 milyon lariyə başa gələcək.


