01 
Fev
2023
11:34
201

Tbilisi və bölgələrdə qanunsuz odlu silah və döyüş sursatları müsadirə edilib - 14 nəfər saxlanılıb

Tbilisi və bölgələrdə qanunsuz odlu silah və döyüş sursatları götürülüb, 14 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

"Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən 3 nəfər - 1981-ci il təvəllüdlü B.A., 1972-ci il təvəllüdlü N.V. və 1992-ci il təvəllüdlü Q.İ qanunsuz olaraq odlu silah əldə etmək-saxlamaq və gəzdirmək ittihamı ilə saxlanılıb.

Tbilisi Polis Departamentinin Baş İstintaq Bölməsi və Baş Dedektivlər Bölməsinin əməkdaşları birgə həyata keçirdikləri tədbirlər nəticəsində 1976-cı il təvəllüdlü C.K.-ni qanunsuz olaraq odlu silah əldə etmək-saxlamaq və gəzdirmək ittihamı ilə saxlayıblar.

Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları 1984-cü il təvəllüdlü Q.K.-ni Tbilisidə qanunsuz olaraq odlu silah əldə etmək-saxlamaq və gəzdirmək ittihamı ilə saxlayıblar. Eyni ittihamla Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları 1999-cu il təvəllüdlü N.Ç.-ni saxlayıblar. 

İmereti Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Lentexi Rayon Şöbəsinin, Oni Regional Bölməsinin və Kutaisi Şəhər Bölməsinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah və sursat saxlamaq-satmaq ittihamı ilə 3 nəfəri saxlayıblar.

Lentexi Rayon Şöbəsinin əməkdaşları 1957-ci il təvəllüdlü A.L.-nin yaşadığı ünvana baxış zamanı maddi sübut kimi avtomat silah, ağızlıq və 10 ədəd patron götürüblər. Oni Rayon Bölməsinin əməkdaşları 1979-cu il təvəllüdlü İ.Ç.-nin yaşadığı ünvandan da avtomat odlu silah, ağızlıq və 12 patron götürüblər.

Kutaisi Şəhər Bölməsi tərəfindən saxlanılmış, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1950-ci il təvəllüdlü C.B.-yə gəlincə, polis tərəfindən silah-sursatın satın alınmasına nəzarət və yuxarıda qeyd olunan satınalma ilə bağlı gizli audio-video çəkiliş aparılıb, bununla da saxlanılan şəxs tərəfindən qanunsuz olaraq odlu silah satışı faktı təsdiqlənib. Kutaisi Şəhər Bölməsinin əməkdaşları təqsirləndirilən şəxsin satdığı avtomat odlu silahı və 115 ədəd patronu, silah satışından götürülmüş pulları, həmçinin səssiz tapançanı və “Geko” tipli tüfəngi sübut kimi götürüblər.


Axalkalaki Rayon Şöbəsinin əməkdaşları operativ məlumat nəticəsində həyata keçirdikləri istintaq tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü R.M.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxladığına görə tutublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin yaşadığı evdə axtarış zamanı sübut qismində avtomat odlu silah götürüblər.

Kaxeti Polis Şöbəsinin əməkdaşları 1968-ci il təvəllüdlü Q.A.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaqda ittiham edərək saxlayıblar. Qurcaani bələdiyyəsinin kəndlərindən birində polis əməkdaşları tərəfindən hakimin qərarı əsasında saxlanılan şəxsin evində aparılan axtarış nəticəsində maddi sübut kimi avtomat silah, ağızlıq və 67 ədəd patron götürülüb.

Kvemo Kartli Polis Departamentinin əməkdaşları 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.X. və 1984-cü il təvəllüdlü Q.P.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə saxlayıblar. 

Hakimin hökmü ilə Ş.X-nin yaşadığı ünvanda aparılan axtarış nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən maddi sübut kimi 2 ədəd odlu silah və 106 ədəd patron götürülüb.

Q.P.-nin yaşadığı ünvanda aparılan axtarış nəticəsində maddi sübut kimi 1 ədəd tapança, 2 ədəd patron, 1 ədəd “Geko” tipli tüfəng və 1 ədəd ov tüfəngi götürülüb. Həmçinin, qanunsuz odlu silah və döyüş sursatı əldə etmək və saxlamaq ittihamı ilə Acarıstan Polis Departamentinin əməkdaşları əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü O.P.-ni saxlayıblar. O.P.-nin Batumidəki iqamətgahında aparılan axtarış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları sübut kimi 1 ədəd odlu silah və 3 ədəd patron götürüblər”, - deyə məlumatda bildirilir.

Qurumun məlumatına görə, odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi və saxlanması, gəzdirilməsi və satılması faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 4-cü və 5-ci hissələri ilə aparılır. Cinayətlərə görə 3 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın