31 
Yan
2023
21:26
1422

Mixeil Saakaşvili Levan Xabeişvilini təbrik etdi və...

“Milli Hərəkat”ın sədri Levan Xabeişvili Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin məktubunu ictimailəşdirib.

InterPress.ge xəbər verir ki, Mixail Saakaşvili Levan Xabeişvilini qələbə münasibətilə təbrik edir və dəstəyini bildirir.

"Təbrik edirəm qardaş. Mən səni ən yaxın adamım və böyük potensiala malik siyasətçi hesab edirəm. Mən Gürcüstanda heç bir siyasi fəaliyyətlə məşğul olmaq fikrində deyiləm, amma səni həmişə Ukraynadan və başqa yerlərdən dəstəkləyəcəyəm”, - deyə Mixail Saakaşvili yazır.

Levan Xabeişvili Mixail Saakaşviliyə "dəstəyinə və xeyirxahlığına görə" təşəkkür edir.

"Mən Mişanın, Nikanın, siyasi məhbusların və ölkəmizin azadlığı uğrunda barışmaz, çətin mübarizəyə hazıram", - Xabeişvili deyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər