İkinci Dünya Müharibəsi illərində Stalinqrad döyüşündə qələbənin 80 illiyi ilə əlaqədar olaraq Volqoqradda “Volqoqrad” yazısı olan yol nişanları müvəqqəti olaraq “Stalinqrad” yazısı ilə əvəz edilib.
InterPress.ge xəbər verir ki, 2013-cü ildə Volqoqrad Şəhər Şurası "Stalinqrad" adının şəhərə ildə on gün müddətinə qaytarılması barədə qərar qəbul edib.
Volqoqrad vilayətində 1-2 fevral tarixlərində tətil elan edilir. Bölgədə hərbi qulluqçuların və veteranların iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin, fevralın 2-də Putinin də iştirak edəcəyi gözlənilən hərbi parad planlaşdırılır.
