Hərbi Gürcüstan yolunun bir hissəsi olan Qudauri-Kobi avtomobil yolu qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb.
InterPress.ge xəbər verir ki, buna səbəb intensiv qar yağması və yolun buz bağlaması olub.
Digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
“Mtsxeta-Stepantsminda-Lars (Rusiya Federasiyası ilə sərhəd) beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və buzla əlaqədar qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib”, - deyə bildirilir.
Yanvarın 30-na keçən gecə də qar səbəbindən Qudauri-Kobi avtomobil yolu bağlanıb.
