30 
Yan
2023
20:16
300

Koba Nağopia VMH-da siyasi şurasının sədri vəzifəsindən istefa verdi

Koba Nağopia “Vahid Milli Hərəkat”ın siyasi şurasının sədri vəzifəsini tərk etdiyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, Nağopiyanın qeyd etdiyinə görə, o, partiyanın sıravi üzvü olaraq qalır və Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili azadlıqda olduqdan sonra partiyadan çıxmaq barədə qərar verəcək.

“Mən “Vahid Milli Hərəkat”ın siyasi şurasının sədri vəzifəsini də, siyasi şuranın özündən də gedirəm. Putinin şəxsi məhbusu Mixail Saakaşvili həbsdə olana qədər, Mixail Saakaşvili müalicə üçün xaricə köçürülənə qədər mən partiyanın sadəcə sıravi üzvü olaraq qalıram. Mixail Saakaşvili azad olandan sonra partiyadan çıxmaq barədə qərar verəcəyəm və onunla ünsiyyət qurmaq imkanım olacaq”.

Məlumat üçün bildirək ki, Levan Xabeişvili seçkilər nəticəsində “Vahid Milli Hərəkat”ın yeni sədri olub. O, səslərin 52,58 faizini qazanıb.

Bizimlə əlaqə saxlayın