30 
Yan
2023
16:14
446

İrakli Ğaribaşvili: "Gürcüstan investisiyalar baxımından cəlbedici ölkələrdən biridir"

"Gürcüstan investisiyalar baxımından cəlbedici ölkələrdən biridir, biz biznes baxımından dünyada yeddinci yerdəyik".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Avstriya kansleri Karl Nehammerlə birgə keçirdiyi brifinqdə bildirib.

Baş nazirin sözlərinə görə, Avropa İttifaqının iştirakı ilə Gürcüstan yeni layihənin - Qara dəniz elektrik kabelinin həyata keçirilməsinə başlayıb və onun üzərində 4 ölkə işləyir.

“Biz son iki ildə ikirəqəmli iqtisadi artıma nail ola bilmişik və bu da təbii ki, ölkəmiz və xalqımız üçün daha da çox layihələr həyata keçirməyə imkan verir. Gürcüstan investisiyalar baxımından cəlbedici ölkələrdən biridir, biznes baxımından dünyada yeddinci yerdəyik, həmçinin, biz bürokratiyanın və maneələrin ən az olduğu ölkələrdən biriyik və Avstriya investorlarını hər zaman salamlayırıq.

Biz indi Avropa İttifaqının da iştirakı ilə strateji layihənin həyata keçirilməsinə başlamışıq. Bu, Qara dəniz elektrik kabelidir, onun üzərində artıq işçi qrupu yaradılıb. Bu mövzuda 4 ölkə - Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan iştirak edir. Bu, ən gözə çarpan, nümunəvi layihələrdən biri ola bilər və hökumətimizin aydın prioritetlərindən biridir. Bu və digər layihələr, əlbəttə ki, Gürcüstanın Avropa bazarına daha da inteqrasiyasına, daha çox asılı olmasına kömək edəcək və biz bu qarşılıqlı asılılığı ikitərəfli şəkildə gücləndirməliyik”, - deyə baş nazir bildirib.
 

Bizimlə əlaqə saxlayın