Mixeil Saakaşvili: "Qanunsuz hərəkət edənlər Gürcüstana hakim olmaq istəyirlər"
"İvanişvili Gürcüstanı 90-cı illərin kriminalınaqaytarıb. Bu qanunsuz hərəkət edənlər Gürcüstana hakim olmaq istəyirlər".
InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstan Respublikasının keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Onun qeyd etdiyinə görə, Gürcüstanın hakimiyyəti yoxdur və o qeyri leqitimitdir.
"İvanişvili Gürcüstanı 90-cı illərin kriminalına qaytarıb. Onun oğlu Bera İvanişvili qanuni oğru və onun oğlu "Kacro" ilə dostluq edərək qrup yaradıblar və gəncləri öldürürlər. İvanişvilinin qardaşı və onun tərəfdaşları kriminallaşdırılmış idmançılardan və banditlətdən ibarət qrup yaradıblar və siyasi nümayəndələrə hədə qorxu gələrək bizneslərini əllərindən alırlar. Gürcüstana yiyələnmək istəyirlər. Dostlar, Gürcüstanın hakimiyyəti yoxdur.
Müstəqillikdən sonra ilk dəfə Amerika Birləşmiş Ştatlarının konqresi sanksiya verdi . Biz dünyada birinci ölkə idik ki, Amerikanın yardımını alan əsas ölkə idik. Bizim ölkəmiz nümunəvi ölkə idi ", - deyə Saakaşvili bildirir.
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin bildirdiyinə görə, onun mübarizəsi həll edici olacaq və o bu mübarizədə qalib gələnlərdən biri olacaq.
"Mənim mübarizəm həlledici olacaq. Mən ön cəbhədə olacağam və söz verirəm ki, oktyabr ayında sizinlə bərabər olacağam. Bu qanunsuzluq bitməlidir. Onlar Gürcüstanın düşmənləri, xəyanətkarlarıdır, onlar idarə olunurlar. Onlar Gürcüstanın zəifləməsi üçün Rusiyanın tapşırıqlarını yerinə yetirirlər. Bu döyüşdə mən sizlərdən biri, bir əsgər və qaliblərdən biri olacağam", - dedi Saakaşvili.