30 
Yan
2023
13:50
215

Ölkə üzrə uşaq bağçalarının tikintisi və bərpası işləri aparılacaq

Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə ölkə üzrə 885 uşaq bağçasının tikintisi və bərpasını nəzərdə tutan yeni proqram başlayır, yəni 330 yeni uşaq bağçası tikiləcək, 555-i isə bərpa olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Məlumata görə, sözügedən məsələ bu gün İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclasında müzakirə olunub. Bağ tikintisi-bərpa proqramı bir neçə mərhələdə həyata keçiriləcək və bunun üçün dövlət büdcəsindən 1,3 milyard lari xərclənəcək. Artıq işlərin birinci mərhələsi üçün 2023-cü ilin büdcəsində 100 milyon lari nəzərdə tutulub.

Tikinti və bərpa işləri Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu tərəfindən aparılacaq, yaxın vaxtlarda tenderlər elan ediləcək.

Yeni proqram çərçivəsində müasir standartlara uyğun uşaq bağçaları tikiləcək, bağçalar xüsusi ehtiyacı olan insanlar üçün tam uyğunlaşdırılacaq. Uşaq bağçalarının infrastrukturunun inkişafı yerli özünüidarəetmə tərəfindən verilən məlumatlara və prioritetlərə uyğun olaraq planlaşdırılır.

Bizimlə əlaqə saxlayın