30 
Yan
2023
11:15
2782

Nəvəsi tərəfindən öldürülməsi planlaşdırılan nənə hansı mülkə sahibdir?

Nəvəsi tərəfindən nənənin qətlinin hazırlanması işində yeni təfərrüatlar məlum olub.

InterPress.ge xəbər verir ki, sifarişlə öldürülməsi planlaşdırılan qadın "Tbilisi Humanitar Təhsil Universiteti"nin rektoru və həmin universitetin 66 faizinin sahibi Valentina Sağvarelidzedir.

Çavçavadze prospektində 26 yaşlı gənc nənəsini öldürməyi sifariş verməkdə ittiham edilərək saxlanılıb. 

Nənənin özü Çavçavadze küçəsi 75-də yaşayır, onun qətlinə görə müttəhim muzdlu şəxsə 150 ​​min dollar vəd edib.

İstintaqın məlumatına görə, cinayətin səbəbi tamahdır. Bunu Valentina Sağvarelidzenin əmlak vəziyyəti göstərir. 72 yaşlı qadın “Tbilisi Humanitar Təhsil Universiteti”nin rektorudur və həmin universitetin 66 faiz səhmlərinin sahibidir. Dövlət reyestrindən nəticələrinə görə, onun Lisidə 1000 m2 torpaq sahəsi də var. 

“Kuriyer”in məlumatına görə, Valentina Sağvarelidze bu yaxınlarda Politkovskaya küçəsində bahalı daşınmaz əmlak satıb.

Prokurorluğun məlumatına görə, nəvə potensial qatili nənəsinin yaşadığı ünvana özü gətirib.

Günahı sübuta yetirilərsə, 26 yaşlı gənci 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın