27 
Yan
2023
15:39
306

Batuminin Vaxtanq Qorqasali küçəsində abadlıq işləri aparılır

Batumidə Vaxtanq Qorqaslı küçəsində, Takaişvili və Melikişvili küçələri arasındakı hissədə asfalt örtüyü salınır.

InterPress.ge xəbər verir ki, bu barədə Acarıstan hökuməti məlumat yayıb.

Onların sözlərinə görə, Acarıstan hökumətinin sədri Tornike Rijvadze Batumi meri Arçil Çikovani ilə birgə iş prosesi ilə tanış olub.

“Layihə Qorqaslı küçəsinin Qriboedov küçəsindən Barataşvili küçəsinə qədər olan hissəsində Fərnavaz Mefi küçəsinə birləşdirilərək abadlaşdırılmasını nəzərdə tutur.

Sözügedən küçədə drenaj sistemi və quyular çəkiləcək. Zədələnmiş səkilər, bordürlər və velosiped yolları bərpa ediləcək.
İşlərin dəyəri 1 milyon 600 min laridir və bu il iyunun 20-də başa çatdırılmalıdır.

Həmin layihə çərçivəsində artıq 1 milyon 800 min laridən çox vəsait xərclənən Fərnavaz Mefi küçəsinin abadlaşdırılması başa çatıb”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın