27 
Yan
2023
12:10
883

Əhaliyə verilən kreditlərin faiz dərəcəsi 1-1,5% arta bilər

Kreditlər bahalaşır. Xarici valyutada alınan məbləğin faiz dərəcəsi artır. 

InterPress.ge xəbər verir ki, Bank assosiasiyası 2023-cü ildə faiz dərəcəsinin 1%-dən 1,5%-ə yüksələcəyini proqnozlaşdırır.

Məlum olur ki, kreditlərin bahalaşmasına banklar üçün mənfəət vergisinin artırılması öz təsirini göstərib. İqtisadçılar onu da deyirlər ki, faiz artımı həm də inflyasiyanın artması ilə bağlıdır. Onların fikrincə, son bir ildə inflyasiyanın səviyyəsi tarixi maksimuma yüksəlib.

"Dünyada və müvafiq olaraq Gürcüstanda inflyasiya prosesləri yavaş-yavaş sabitləşən kimi faiz dərəcələri mütləq azalacaq. Ancaq biz bunu 2023-cü ilin ikinci yarısından gözləməliyik. Faiz dərəcəsindən danışsaq, həm depozitlər, həm kredit portfelləri, həm də bütün qruplar üzrə, istər istehlak kreditləri, istərsə də biznes kreditlərinin faizi artıb. Bizim gözləntimiz odur ki, bu artım dollar və avro ilə götürülən kreditlərdə 1%-1,5% ola bilər, - Gürcüstan Bank Assosiasiyasının analitiki Davit Rusia deyib.

Bizimlə əlaqə saxlayın