26 
Yan
2023
14:58
235

Peskov: "Ukraynaya tankların çatdırılması NATO və Qərbi münaqişənin iştirakçısına çevirir"

"Tankların tədarükü Qərb ölkələrini Ukrayna ilə münaqişənin iştirakçısına çevirir"

InterPress.ge xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Peskov Qərb dünyasının dünənki qərarı ilə bağlı Rusiya mediası ilə söhbətində bildirib.

"Avropa paytaxtlarından və Vaşinqtondan daim bəyanatlar verilir ki, Ukraynaya müxtəlif silah sistemlərinin, o cümlədən tankların göndərilməsi heç bir halda bu ölkələrin və ya (Şimali Atlantika) Alyansının Ukraynada davam edən hərbi əməliyyatlarda iştirakı demək deyil. Biz qətiyyətlə bununla razı deyilik. Həm Alyansın, həm də paytaxtların etdiyi hər şey Moskvada münaqişədə birbaşa iştirak kimi qəbul edilir. Biz bunun artdığını görürük”, - Peskov bildirib.

Xatırladaq ki, Almaniya Ukraynaya “Leopard”, ABŞ isə “Abrahams” tipli tanklar göndərmək qərarına gəlib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər