25 
Yan
2023
22:27
204

Ukrayna XİN: "Gürcüstanın Ukraynaya silah və hərbi texnika ilə kömək edən tərəfdaşlar dairəsinə qoşulacağına ümid edirik"

Ukrayna xarici işlər nazirinin müavini Yevheni Perebyinis Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşviliyə Rusiya ilə birbaşa uçuşların mümkün bərpası ilə bağlı narahatlığını bildirib.

InterPress ge “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Perebyinis Gürcü tərəfinə Kiyev, Lvov, Xarkov, Nikolaev və Qostomel şəhərlərinə generatorlar tədarük etdiyinə, həmçinin 2023-cü ildə davam etdirilməsi planlaşdırılan ukraynalı uşaqların Gürcüstanda sağlamlıqlarının yaxşılaşdırılması proqramlarına görə təşəkkür edib.

O, həmçinin Rusiyanın təcavüzü nəticəsində Ukraynanı tərk etmək məcburiyyətində qalan Ukrayna vətəndaşlarına verdiyi dəstəyə görə ayrıca təşəkkür edib.

Nazir müavini ümid etdiyini bildirib ki, Gürcüstan öz mövqeyinə yenidən baxaraq Ukraynaya silah və hərbi texnika ilə kömək edən tərəfdaşlar dairəsinə qoşulacaq, Tbilisi isə Avropa İttifaqının işğalçı dövlətə qarşı tətbiq etdiyi bütün sanksiyalara qoşulacaq.

“Bu kontekstdə o, Gürcüstan və Rusiya arasında birbaşa hava nəqliyyatının mümkün bərpası ilə bağlı məlumatdan narahatlığını bildirib. Öz növbəsində gürcü diplomatı nazir müavinini əmin edib ki, Gürcüstan Rusiyaya uçuşları bərpa etmək niyyətində deyil”, - məlumatda deyilir.

Perebiinis Gürcüstanda həbsdə olan Ukrayna vətəndaşı Mixail Saakaşvilinin səhhətinin pisləşməsi məsələsini də qaldırıb və onun müalicə üçün Ukraynaya və ya üçüncü ölkələrə köçürülməsi imkanlarını nəzərdən keçirməyə çağırıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın digər məsələlərini, xüsusilə, Ukrayna Prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə irəli sürülmüş sülh formulasının həyata keçirilməsinə Gürcüstanın cəlb edilməsi imkanlarını müzakirə ediblər, həmçinin Ukrayna-Gürcüstan parlamentlərarası dialoqun aktivləşməsini müsbət qiymətləndiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər