25 
Yan
2023
15:22
246

Ukraynanın müvəqqəti nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb

Ukraynanın müvəqqəti nümayəndəsi Andrey Kasyanov verdiyi bəyanatla bağlı izahat verməsi üçün Xarici İşlər Nazirliyinə çağırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, Kasyanovla görüşdə ikitərəfli münasibətlərə dair başqa məsələlər müzakirə olunmayacaq.

“O, verdiyi bəyanatla bağlı izahat üçün Nazirliyə çağırıldı. Bu görüşdə onunla ikitərəfli münasibətlərin digər məsələləri müzakirə olunmayacaq”, - nazirlikdən bildiriblər.

Digər tərəfdən, Kasyanovun jurnalistlərə verdiyi məlumata görə, o, dəvət əsasında Gürcüstan Xarici İşlər Nazirliyinə gedir və görüşdə Gürcüstan və Ukrayna arasında ikitərəfli münasibətlərə dair geniş spektrli məsələləri müzakirə edəcəklər.

Bizimlə əlaqə saxlayın