25 
Yan
2023
12:54
10977

Maaş, pensiya və sosial yardımlar nə qədər artırıldı? - ƏTRAFLI

Gələn il təhsil və elmin maliyyələşdirilməsi 370 milyon lari artaraq 2 milyard 550 milyon lari təşkil edəcək.

InterPress.ge xəbər verir ki, 2023-cü ilin büdcə layihəsinin təqdimatı zamanı maliyyə naziri Laşa Xuçişvili təhsil və elm sahəsinə nəzərdə tutulan maliyyələşdirmədən danışıb. 

Məktəbəqədər təhsilin maliyyələşdirilməsi 490 milyon lari təşkil edir - uşaq bağçası işçilərinin maaşlarının 100 lari artırılması nəzərdə tutulur;

Ümumi təhsilin maliyyələşdirilməsi 1 milyard 655 milyon lari təşkil edir, onun çərçivəsində aşağıdakılar həyata keçiriləcək:

Statuslu müəllimlər, eləcə də xüsusi müəllimlərin müavinətinin 125 lari artırılması;
Məktəblərin inzibati-texniki işçilərinin maaşlarının 10% artırılması;

Məktəb mandaturlarının maaşlarının 125 lari artırılması;

Məktəb psixoloqları və sosial işçilərin əməkhaqqının 10% artırılması;

Məktəb müəllimlərinin 6 aylıq analıq məzuniyyətinin maliyyələşdirilməsi;

2023-cü ildə 500 məktəbin tikintisi-bərpasına başlanılır, bunun üçün 300 milyon lari nəzərdə tutulur;

Peşə təhsilinin maliyyələşdirilməsi 155 milyon lari təşkil edir:
Müəllimlərin saatlıq maaşının 15-dən 18 lariyə qaldırılması nəzərdə tutulur;

İnfrastrukturun inkişafına 55 milyon laridən çox vəsait ayrılacaq;

Ali təhsil və elmin maliyyələşdirilməsinə 250 milyon laridən çox  yönəldiləcək.
2023-cü ilin büdcə layihəsində pensiya və müxtəlif sosial müavinətlərin məbləği artırılıb.

Sosial istiqamət - pensiya və sosial yardım

Yaşı 70 və yuxarı olan pensiyaçıların pensiyası 65 lari artırılaraq 365 lari müəyyən edilib. Yüksək dağlıq yaşayış məntəqələrində eyni kateqoriyadan olan pensiyaçıların pensiyası demək olar ki, 440 lariyə bərabər olub;

Yaşı 70-dən az olan şəxslərin pensiyası 35 lari artaraq 295 lari olub, yüksək dağlıq yaşayış məntəqələrində isə 355 lari müəyyən edilib.

Pensiyadan əlavə, ağır əlilliyi olan şəxslərin sosial müavinətində 65 lari, digər kateqoriyadan olan əlillərin müavinətində isə 35 lari artım var;

Bu ilin iyun ayından etibarən uşaqların sosial yardımının tam illik maliyyələşdirilməsi 150 lariyə yüksəldi;

Məcburi köçkünlərin evlərlə təmin olunması baxımından 7 min mənzilli yaşayış komplekslərinin tikintisinə başlanılır ki, bunun üçün 2023-cü ildə 250,0 milyon laridən çox vəsait nəzərdə tutulub.
 

Bizimlə əlaqə saxlayın