25 
Yan
2023
12:42
411

İstehlak kreditlərinin müddəti uzadılacaqmı?

 Girovsuz istehlak kreditlərinin müddətinin yenidən artacağı istisna edilmir. 

 InterPress.ge xəbər verir ki, bu barədə Milli bankın prezidenti məlumat verib.

Söhbət Gürcüstan Milli Bankının 2022-ci ilin yayında tətbiq etdiyi məhdudiyyətdən gedir, ona görə kreditlərin maksimum müddəti dörd ildən üç ilə endirilib.

Koba Qvenetadzenin sözlərinə görə, bir illik müddət bitdikdən sonra Milli Bank mövcud nəticələri ümumiləşdirəcək və qərar qəbul edəcək.

“Bizim qəbul etdiyimiz müddət bitəndə Milli Bank buna baxacaq və qərar verəcək - bu rejimin saxlanacaq, yoxsa davam etdiriləcək. Bilirsiniz ki, bir il azaldılıb. Bu müddət bitdikdən sonra təhlil aparılacaq və ondan sonra qərar veriləcək”, - deyə Milli Bankın prezidenti bildirib.

Xatırladaq ki, Milli Bankın qərarı 2022-ci il avqustun 15-də qüvvəyə minib və bir il davam edəcək, ona görə də 2023-cü il avqustun 15-dək qüvvədə olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər