25 
Yan
2023
11:59
234

"Sosial cəhətdən həssas pensiyaçılar üçün dərmanların maliyyələşdirilməsi proqramı bu il də davam etdiriləcək"

Sosal cəhətdən həssas pensiyaçılar üçün dərman vasitələrinin maliyyələşdirilməsini nəzərdə tutan paytaxt meriyasının proqramı bu il də davam edir.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze məlumat verib.

Kaxa Kaladze paytaxt hökumətinin bugünkü iclasında pensiya yaşına çatmış sosial cəhətdən həssas şəxsləri qeyd olunan proqramdan yararlanmağa çağırıb.

“Keçən il biz Tbilisi meriyasının sosial cəhətdən həssas pensiyaçılar üçün dərman vasitələrinin maliyyələşdirilməsini nəzərdə tutan proqramı ilə 500 lari çekləri hazırladıq. Bu proqram bu il də davam edir. 2022-ci ildə pensiya yaşına çatmış sosial cəhətdən həssas əhalinin zəruri dərman preparatları ilə təminatını nəzərdə tutan bu proqramdan 21 mindən çox insan yararlanıb və bu məqsədlə hər il 500 lari dəyərində qeyri-maddi vauçer verilir. Təbii ki, proqram davam edir. Meriya sosial cəhətdən həssas ailələrin vahid məlumat bazası üzrə reytinq balı 200 000-dən çox olmayan Tbilisidə qeydiyyatda olan pensiya yaşına çatmış şəxsləri çox vacib olan dərmanların maliyyələşdirilməsi proqramından yararlanmağa çağırır. Proqramdan istifadə etmək üçün benefisiar və ya onun nümayəndəsi lazımi dərmanları müəyyən etmək üçün həkimə müraciət etməlidir və onun elektron qaydada verdiyi sağlamlıq haqqında arayış əsasında benefisiar dərmanı istədiyi aptekdə əldə edə biləcək. Onlar bu məbləğdən ilin istənilən vaxtında istifadə edə bilərlər”, - Kaladze bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər