25 
Yan
2023
10:53
502

Saxta xarici şəxsiyyət vəsiqələri hazırlayan və satan şəxslər saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Sameqrelo bölgəsində iki nəfəri saxta rəsmi sənəd hazırlayıb satmaq faktı üzrə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs cinayət əməlində şərik olan şəxs vasitəsilə müvafiq məbləğin ödənilməsi müqabilində maraqlı şəxslərə saxta xarici şəxsiyyət vəsiqələri hazırlayaraq satıb.

“Təqsirləndirilən şəxslər vətəndaşlardan birinə 800 avroya saxta şəxsiyyət vəsiqəsi satarkən ifşa ediliblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla xarici ölkə vətəndaşının saxta pasportlarının, habelə Gürcüstanın sürücülük vəsiqələrinin elektron versiyaları aşkar edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 362-ci maddəsinin 2-ci hissəsi ilə aparılır.

Digər təqsirkar şəxslərin müəyyən edilərək ifşası istiqamətində müvafiq tədbirlər görülür”, - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın