25 
Yan
2023
10:35
614

“Viva Med”in klinik direktoru Mixeil Saakaşvilinin səhhəti ilə bağlı məlumat verdi

“Viva Med”in klinik direktoru Zurab Çxaidze Gürcüstanın üçüncü prezidentinin koronavirusa yoluxmasına baxmayaraq, onun reanimasiyaya köçürülməsinin planlaşdırılmadığını bildirib.

InterPress.ge xəbər  verir ki, Çxaidze bu barədə "Mtavari Arxi"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, infeksiyanın mənbəyi məlum deyil, lakin Epidemioloji Xidmət məsələni araşdırır.

"Onun vəziyyəti stabildir. Simptomlar kovid-in yüngül formasına yoluxduğunu göstərir. Şura toplandı və onun parametrləri, istər hemodinamik göstəriciləri, istərsə də tənəffüs göstəriciləri kritik şöbəyə köçürülmə ilə uyğun olmadığı üçün reanimasiyaya köçürməkdən söhbət getməyib. İnfeksiya ilə bağlı epidemioloji xidmətimiz bunun üzərində işləyir, əksəriyyət yoxlanılıb və qalanların hamısının kovid testinin cavabı mənfidir, digər şəxslər də yoxlanılacaq”, - Zurab Çxaidze deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər