24 
Yan
2023
12:50
240

İran və Rusiya vətəndaşları Tbilisidə birgə aksiya keçirəcəklər

Hazırda Gürcüstana sığınan İran və Rusiya vətəndaşları bu gün, yanvarın 24-də Tbilisidə “diktaturaya qarşı yürüş” keçirəcəklər.

InterPress.ge xəbər verir ki, yürüş Respublika meydanından başlayacaq və Parlament binası qarşısında yekunlaşacaq.

Aksiya iştirakçılarından Mariam Şərifinin verdiyi məlumata görə, onlar İran və Rusiyadakı diktatura rejimlərinə etiraz edir, Ukrayna xalqının Rusiyanın hücumuna qarşı mübarizəsini dəstəkləyirlər. Onun sözlərinə görə, yürüş Rusiya vətəndaşları ilə birlikdə keçirilir.

“Bu yürüş diktaturaya qarşı mübarizə aparan hər kəs üçündür. Biz İran xalqının diktaturaya qarşı mübarizə apardığını, Ukraynanı dəstəklədiyini, İran xalqının və rejiminin bir-birindən fərqli olduğunu göstərmək istəyirik. İran rejimi dinc insanları öldürür, həbs edir, azad sözü sıxışdırır. Rusiya da Ukraynanı məhv etməyə çalışır. Biz bütün bunların əleyhinəyik”, - deyə o söyləyib.

Onun sözlərinə görə, yürüşün məqsədi diktatura rejimlərinə qarşı mübarizə aparan insanların bir-birini ruhlandırmasıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər