24 
Yan
2023
10:58
370

Prokurorluq bir nəfəri dələduzluq yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham edib

Gürcüstan Prokurorluğu bir nəfəri dələduzluq yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş prokurorluğu məlumat verib.

Baş Prokurorluğun yaydığı məlumata görə, təqsirləndirilən şəxslər pulları qanunsuz mənimsəmək məqsədilə zərərçəkmişləri Tbilisi Texniki Universitetinin dekanı kimi 3000-5000 lari ödəmək müqabilində vahid milli imtahanlardan keçmədən həmin universitetə ​​tələbə qəbul etdirə biləcəyinə inandırıblar. 

Həmçinin agentliyin məlumatına görə, təqsirləndirilən şəxs zərərçəkmişlərin etibarından sui-istifadə edərək, onlara yalan danışıb, guya mövcud tələbə proqramı çərçivəsində Tbilisidə tələbələrə minimum qiymətə 7-11.000 lari mənzil köçürə bilərmiş. 

“Təqsirləndirilən şəxs qeyd olunan sxemdən istifadə edərək 10 zərərçəkmişi - ümumilikdə 119 030 lari dəyərində aldadıb. Hüquq-mühafizə orqanları Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında təqsirləndirilən şəxsi 2023-cü il yanvarın 21-də saxlayıb. O, Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci  maddəsi ilə ittiham olunub. Cəza  altı ildən doqquz ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Artıq prokurorluq təqsirləndirilən şəxsə qarşı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edib.
Cinayət işi üzrə istintaq davam edir. Gürcüstan Prokurorluğu vətəndaşları onlara qarşı oxşar hərəkətlər edildiyi təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır”, - yayılan məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın