24 
Yan
2023
10:55
651

Rustavidə 11 yaşlı uşaq qəfil dünyasını dəyişib

Rustavidə 11 yaşlı uşaq ölüb.

InterPress.ge xəbər verir ki, faciəli hadisə XX mikrorayondakı yaşayış evində baş verib.

Məlumata görə, uşaq qəfil huşunu itirib, bundan sonra ailə üzvləri təcili tibbi yardım çağırıb.

Hadisə yerində ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, uşaq huşsuz vəziyyətdə “Klinika Rustavi”yə yerləşdirilib.

Klinikada dediklərinə görə, xəstə klinikaya daxil olanda artıq ürəyi dayanmışdı.

"Təcili yardımın həkimi reanimasiya tədbirlərinə başladı, şok otağına apardıq və reanimasiya davam etdi, proses 1 saat 52 dəqiqə davam etdi. Birbaşa ürək masajı etdik, tibbi dəstək, hər şey etdik, ürək işləməyə başladı. 5 dəqiqə sonra yenidən dayandı. Xəsarətlər qeydə alınmadı. Qalanlarını ekspertiza müəyyən edəcək - "Klinika Rustavi"nin növbətçi həkimi Lia Kortiaşvili deyib.

Bizimlə əlaqə saxlayın