23 
Yan
2023
11:31
312

Ukrayna Baş Qərargahı: "Ukraynalılar 11 yaşayış məntəqəsi yaxınlığında rusların hücumunu dəf edib"

Ötən gün ərzində Ukrayna hərbçiləri 11 yaşayış məntəqəsi yaxınlığında düşmənin hücumlarını dəf edib.

InterPress.ge xəbər verir ki, bu barədə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verir.

Məlumata görə, ukraynalılar Luqansk vilayətinin Stelmaxivka və Novoselovskoye yaxınlığında, həmçinin Viemki, Razdolovka, Belqorovka, Praskovievka, Baxmut, Stupochka, Novobaxmutovka, Pervomayski və Marinka yaşayış məntəqələrinə Rusiya qüvvələrinin hücumlarını dəf edib. 

Bundan əlavə, Ukrayna Baş Qərargahının məlumatına görə, ötən gün ərzində Ukrayna qoşunları düşmənin üç sursat anbarını məhv edib, işğalçıların pilotsuz təyyarəsini vurub.

"Ukrayna aviasiyası düşmənin cəmləşdiyi ərazilərə üç zərbə endirib, raket və artilleriya bölmələri isə rusların toplaşdığı 4 əraziyə zərbələr endirib", - Baş Qərargah bildirib.

Bizimlə əlaqə saxlayın