22 
Yan
2023
18:48
185

Batumidə Ukraynaya dəstək aksiyası keçirilib

Batumidə Ukraynanın Birlik Günü münasibətilə Mərkəzi Parkda dəstək aksiyası keçirilir. Mitinqə Ukrayna vətəndaşları, yerli sakinlər toplaşıb.

InterPress.ge xəbər verir ki, onlar simvolik olaraq Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstək verən ölkələrin bayraqlarını nümayiş etdiriblər, aksiya iştirakçıları isə Ukraynaya silahla kömək edən ölkələrə təşəkkür ediblər.

Toplananların dediyinə görə, mitinqin əsas mesajı döyüşlərin intensiv getdiyi Baxmutdur.

Bu gün mitinq iştirakçıları müxtəlif ölkələrə göstərdikləri köməyə görə təşəkkür videoçarxı çəkiblər.

Mitinq iştirakçıları dost ölkələri Rusiyanı məğlub etmək üçün Ukraynanı daha çox hərbi texnika və silahla təmin etməyə çağırırlar.

“Hər gün körpələr, günahsız insanlar terrorçu Putin və onun tabeliyində olanlar tərəfindən öldürülür. Bu canavarı məğlub etmək üçün daha çox silah lazımdır. Biz dost ölkələrdən Ukraynaya daha çox silah vermələrini xahiş edirik”, - deyə toplaşanlar bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər