22 
Yan
2023
14:17
264

İsraildə hökumət əleyhinə mitinq keçirilib

Təl-Əvivdə 100 000 –dən  çox insanın iştirak etdiyi genişmiqyaslı hökumət əleyhinə nümayiş keçirilib.

InterPress.ge KİV-ə istinadən xəbər verir ki, Yerusəlimdə, Hayfada, Beer Şevada və başqa şəhərlərdə çıxışlar olur.

Məlumata görə, etirazçılar İsrail məhkəmə sistemində islahatlara qarşı küçələrə axışıblar.

“Bu, təhlükəli hökumətdir. Bu hökumət qadınlara, LGBT-lərə, yoxsullara və təbii ki, fələstinlilər üçün yaxşı olmayacaq”, - mitinq iştirakçılarından biri deyib.

KİV-in məlumatına görə, artıq ikinci həftədir ki, İsrailin müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.

Müxalifət lideri Yair Lapid Təl-Əvivdə etirazçılar qarşısında çıxış edərək, ölkəni sevən insanların demokratiya və məhkəmə sistemini müdafiə etmək üçün gəldiyini qeyd edib.

Lapid, "Qələbə qazanana qədər təslim olmayacağıq" – deyə bildirib.

 

Bizimlə əlaqə saxlayın