20 
Yan
2023
21:49
263

Almaniya Ukraynaya 1 milyard avro dəyərində yardım edəcək

Almaniya Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım paketi elan edib. 

InterPress.ge xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Rammstein tipli görüş zamanı bildirib.

Pistoriusun sözlərinə görə, Kiyevə hərbi yardım paketinə 40 Marder piyada döyüş maşını, 7 Gepard özüyeriyən zenit sistemi, bir Patriot zenit-raket kompleksi, digər IRIS-T zenit-raket kompleksi və lazımi raketlər daxildir.

O qeyd edib ki, Ukrayna hərbçilərinin piyadaların döyüş maşınları və “Patriot” üçün təlimi yanvarın sonunda başlayacaq.

“Bir nömrəli prioritet hava hücumundan müdafiədir”, Pistorius bildirib.

Almaniyanın müdafiə nazirinin sözlərinə görə, yeni hərbi paketin dəyəri 1 milyard avro təşkil edir. Ümumilikdə Almaniyanın Ukraynaya göstərdiyi hərbi yardım 3,3 milyard avronu keçəcək.

"Almaniya dayanmayacaq və Ukraynaya kömək etməkdən imtina etməyəcək", - Pistorius bildirib.

Bizimlə əlaqə saxlayın