20 
Yan
2023
11:36
278

2022-ci ildə Gürcüstandan mal ixracı ötən illə müqayisədə 31,8% artıb

2022-ci ildə Gürcüstandan mal ixracı ötən illə müqayisədə 31,8 faiz artıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayıb.

Məlumata görə, ən böyük ixrac tərəfdaşları Çin, Rusiya və Bolqarıstandır.

“2022-ci ildə Gürcüstandan ixrac olunan malların həcmi (bəyan olunmamış ixrac olmadan) 5 592,8 mln ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 31,8 faiz çoxdur. Yerli ixrac (təkrar ixrac olmadan ixrac) ümumi ixracın 66,2 faizini təşkil edir. Bu göstərici əvvəlki illə müqayisədə 18,4 faiz artaraq 3704,2 mln. ABŞ dollarına bərabər olub. 2022-ci ildə Gürcüstanın ümumi daxili ixracında on ən böyük ölkənin payı 80,1 faiz təşkil edib. Bu baxımdan ən böyük ixrac tərəfdaşları bunlardır: Çin (694,8 milyon ABŞ dolları), Rusiya (536,1 milyon ABŞ dolları) və Bolqarıstan (419,9 milyon ABŞ dolları)"- məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın