20 
Yan
2023
10:33
1618

Yerli sakinlər Saqarecoda baş verən hadisə ilə bağlı mediaya açıqlama veriblər

Yerli sakinlərin dediyinə görə, yaşayış binasında atəş açan keçmiş hərbçinin çox güman ki, psixi problemi olub.

InterPress.ge xəbər verir ki, qonşular bununla bağlı mediaya açıqlama veriblər.

Onların dediyinə görə, həmin şəxs psixi problemlərinə görə müvafiq müalicə alırmış.

“Hücum edən şəxs gözünə kim dəyirdisə, atəş açırdı. Psixi problemləri var idi və müalicə olunurdu. O, öz oğlunu da girov götürmüşdü, ancaq o gizlicə evdən çıxa bilib. Onun evdə oğlundan başqa kimsənin olub-olmadığını bilmirik”, - deyə yerli sakinlərdən biri bildirib.

Saqarecoda keçmiş əsgərin açdığı atəş nəticəsində bir neçə nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı binada istintaq tədbirləri hələ də davam edir. Binanın ətrafı sarı lentlə əhatə olunub.

DİN bildirib ki, atəş açan şəxs 1974-cü il təvəllüdlü N.A. olub.

Bizimlə əlaqə saxlayın