20 
Yan
2023
10:23
256

Saqarecoda istintaq tədbirləri davam edir - Daxili İşlər Nazirliyi iki maddə ilə araşdırmaya başlayıb

Saqarecoda baş vermiş silahlı hücumla bağlı iki maddə üzrə istintaqa başlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “l” bəndi və 236-cı maddəsinin üçüncü hissəsi – ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah-sursat əldə etmə, saxlama və gəzdirmə maddələri ilə aparılır. 

Bundan əlavə, Saqarecoda xüsusi əməliyyat başa çatıb və hazırda istintaq tədbirləri davam etdirilir.

Məlumat üçün bildirək ki, yanvarın 20-nə keçən gecə Saqarecoda silahlı şəxs yaşayış binalarından birinin eyvanından vətəndaşlara atəş açıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, biri polis olmaqla, 5 nəfər ölüb. Daha 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Əldə olan məlumata görə, hücum edən şəxs intihar edib, o, xüsusi təyinatlılar tərəfindən mənzildə ölü tapılıb.

Bizimlə əlaqə saxlayın